Lerikdə itkin kimi axtarılan 35 yaşlı şəxsin meyiti tapılıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, meyitin rayon ərazisində aşkarlandığı bildirilir.
***11:15
Lerikdə 35 yaşlı şəxs itkin düşüb.
Stopnarkotik.az xəbər verir ki, Lerik rayon sakini 1990-cı il təvəllüdlü Şahin Musa oğlu Şərifov 3 gündür ki, itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsin itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə axtarış elan edilib.
Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.