Latviyadan gətirilən narkotik Belarusda ələ keçdi

28 kq təhlükəli psixotrop “4 SMS” narkotik vasitənin sərhəddən keçirilməsini təşkil edən cinayətkar qrup Əməliyyat Gömrük İdarəsinin və Minsk vilayətinin narkotiklərə nəzarət bölmələrinin əməkdaşları tərəfindən saxlanılıb. Narkotiklər Latviyadan Belarusa gətirilərək meşədə gizlədilib. Ələ keçirilən psixotrop maddə klefedron adlanır. 
Stopnarkotik.az
xəbər verir ki, hadisə “Molodeçno” gömrük postunun yaxınlığındakı meşə zolağında baş verib. Ekspertiza bu maddənin təhlükəli psixotrop narkotik olduğunu təsdiqləyib.
Molodeçno Regional İstintaq Komitəsi bu fakt üzrə xüsusilə külli miqdarda psixotrop maddələrin saxlanmasına görə cinayət işi açıb.
Aşkar edilmiş psixotrop narkotik vasitə Latviyadan gələn boş vaqonun döşəməsinin altında yerləşən gizli yerdə gətirilib.
Cinayət sxeminin iştirakçıları - əməliyyatçıların əməliyyat-axtarış tədbirləri aparmasından xəbərsiz olan iki Belarus və bir Latviya vətəndaşı saxlanılıb. Onların cinayətdə əli olduğu sübuta yetirilib və artıq etiraflar ediblər.
“4 SMS” partiyası kiçik dozalara bölünərək Belarus və Rusiyada satış üçün nəzərdə tutulubmuş. İndi bu sxemin iştirakçılarını 15 ilə qədər həbs gözləyir.
Klefedron dizayner narkotikidir. Onun kimyəvi tərkibi mövcud qanunvericilikdən yayınmaq üçün xüsusi hazırlanır.

Stopnarkotik.az

**

**

**