Latviyada uşaqlar üçün reabilitasiya açılır.
Stopnarkotik.az xəbər verir ki, sentyabrın 1-dən Uşaq Universiteti Xəstəxanasında (BKUS) alkoqol və ya narkomaniyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə pilot layihəyə start veriləcək.
Layihənin məqsədi uşağı sadəcə ayıltmaq deyil, onun öldürücü zərərli vərdişlərindən qurtulmasına və normal həyata qayıtmasına kömək etməkdir. Artıq dövlət bunun üçün büdcədən 174 min 768 avro vəsait ayırıb. Narkotik və digər asılılığı olan uşaqların evdə və ya xəstəxanada ilkin konsultasiya, diaqnostika və müalicə planının hazırlanması üçün BKUS-a aparılacağı planlaşdırılır.
Müalicə könüllü və ya zorla edilə bilər. Əgər uşaq və ya onun valideyni müalicənin əleyhinədirsə, lakin həkimlər müalicəyə ehtiyac olduğuna əmindirlərsə, o zaman son qərarı məhkəmə verəcək.
Stopnarkotik.az