Latın Amerikasının narkotik dosyesi - İNQİLABDAN NARKOKARTELLƏRƏ GEDƏN YOL... / MEKSİKA VƏ KOLUMBİYA NARKOMAFİYALARI

Terror qruplarının kokain ticarəti ilə məşğul olan cinayət qruplarına çevrildiyini görmək Latın Amerikasında bir tendensiya olub. İnqilabçı və solçu təşkilatlar ideoloji məqsədlər güdsələr də, kokain ticarətindən gəlir əldə ediblər.

Üstəlik, mafiyalar arası savaşlarda məğlub edildikdə yaxud yerli hökumətlə təslimçi danışıqlar aparıldıqda, kokain ticarətinə girdilər. Kolumbiyadakı qruplar da eyni addımı atdılar. “Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri” (Fuerzas Armadas Revolucionarias de Colombia - FARC) uzun illər kokain ticarəti ilə məşğul olub və regionda ən böyük kokain tədarükçülərindən birinə çevrilib. “FARC” danışıqlarda təslim olduqdan sonra onun ideologiyasının ardınca gedən və kokain ticarəti edən dissident qruplar yaratdı.

“Kolumbiya Milli Azadlıq Ordusu” da (Ejército de Liberación Nacional - ELN) ilə eyni təslimçi danışıqların astanasındadır. ELN 1960-cı illərin əvvəllərindən Kolumbiya hökumətinə qarşı silahlanmış üsyançı qrupdur. Qrup 2023-cü ilin iyulunda atəşkəs razılığına gəlib. Əgər bu alınsa, “ELN”-nin 1964-cü ildə yarandığı gündən bəri ən uzunmüddətli fasilə olacaq. Davam edən atəşkəs prosesi, çox güman ki, ölkənin sonuncu üsyançı qrupunun sonunu gətirəcək.

Terror qrupundan kokain qrupuna gedən yol

Kolumbiyanın güclü terror və cinayət tarixi var. Kolumbiya cəmiyyəti Mühafizəkar və Liberal partiyalar arasında bölünüb.

Heç bitməyən münaqişə ölkəyə dağıdıcı nəticələr verdi. İnsan haqları təşkilatları 2000-2008-ci illər arasında təxminən 20.000 nəfərin öldürüldüyünü və iki milyondan çox insanın evlərindən didərgin düşdüyünü bildirdi.

Kolumbiya 1970-2014-cü illər arasında terror hadisələrinin ən çox baş verdiyi ölkələrdən biri olub.  Üstəlik, Kolumbiya dünyanın ən böyük kokain istehsalçısıdır və BMT-nin “Narkotik və Cinayətkarlığa Nəzarət İdarəsi” (UNODC) 2021-ci ildə koka bitkisinin becərilməsinin rekord səviyyəyə çatdığını və 204.000 hektara çatdığını təxmin edir. 2022-ci ildə dünya əhalisinin 4 faizi kokain istifadəçisi oldu, Kolumbiya isə dünya kokaininin 70 faizini istehsal etdi. Kriminal və partizan qruplarından başqa, “Sinaloa”“Xalisko Yeni Nəsil Karteli” (CJNG) kimi Meksika kartelləri “ELN”, “Qolfo Körfəz Klanı” (Clan del Golfo Gulf) və “FARC” (FARC-D) kimi kolumbiyalı həmkarları həmyaşıdları ilə müttəfiqliyə girdilər. 2018-ci ildən 2022-ci ilə qədər get-gedə daha çox kokain müsadirə olundu.

What nation's military is this? Oh wait, it's a Mexican drug cartel ...

Kokain ticarəti Latın Amerikasında inqilabi qruplar içində xüsusi yer tutur. Narkotik ticarəti bu qrupların gəlir əldə etməsində mühüm rol oynayıb və bu nüans onların kriminal qrup kimi təsbitində mübahisə doğurur. Kolumbiyadakı qruplarla yanaşı, Paraqvaydakı “Paraqvay Xalq Ordusu” və Perudakı “Parlaq Yol” da qitədə narkotik ticarəti ilə məşğul olan qruplardır.

Kolumbiyadakı inqilabçı və hərbi qruplar arasında oxşarlıq onların kokain ticarətində iştirakıdır. Əsas narkomafiya qruplarından birincisi - “Körfəz Klanı”, “Urabeños”, “Klan Usuga” və ya “Autodefensas Gaitanistas de Columbia” (Kolumbiyanın Özünümüdafiə Qüvvələri və ya AGC) kimi tanınan qaytanistlər “AUC”un ( Kolumbiyanın Birləşmiş Özünümüdafiə Qüvvələri) küllərindən ortaya çıxdı və ən güclü cinayət qruplarından birinə çevrildi. “AUC”un kökləri 1980-ci illərdə narkobaronların solçu üsyançı qrupların adam oğurluğu və qəsblə mübarizə üçün qrupun üzvlərinə üz tutduğu zamana gedir. “AUC” gəlirinin təxminən 70 faizini narkotik alverindən əldə edirdi. Təşkilatın yerli hərbi komandirlərlə sıx əlaqələri var idi. “AUC” 20.000 üzvdən ibarət idi və əsasən kokain ticarəti, mədən yaxud neft şirkətləri və siyasətçilər vasitəsilə maliyyələşdirilirdi. ABŞ ÜAK-ı 2001-ci ildə rəsmi olaraq terror təşkilatı kimi tanıdı və onu qırğınlara, işgəncələrə və insan haqlarının pozulmasına görə qınadı. Prezident Alvaro Uribe 2002-ci ildə silahlı qrupları tərk-silah edilməsinə başladı və AUC üzvlərinin əksəriyyəti sonrakı illərdə silahsızlaşdırıldı. 2006-cı ildə onun keçmiş lideri ABŞ-a ekstradisiya edilib.

“AUC”un tərk-silahından sonra təxminən 3,800-10,000 nəfər cinayətkar dəstələr və ya “Bandas Criminales Emergentes” (BACRIM) adlı cinayətkar qruplara qoşuldu. “BACRIM” Kolumbiyanın 32 departamentindən 31-də “at oynadır”. Onlar narkotikin qanunsuz dövriyyəsi, şantaj, başkəsənlik, qeyri-leqal mədən qazıntısı və qaçaqmalçılıqla məşğuldurlar. “BACRIM” üzvləri narkotik alveri ilə məşğul olan bandaları idarə etmək üçün bəzi bölgələrdə “FARC” və ya “ELN”-ə qoşuldular. Onlar həmçinin narkotik ticarətində peşəkarlaşmış kartellərinin üçüncü nəslinə aid edirlər, hansı ki, birinci nəsil narkokartellər – “Medellin” və “Kali” kartelləri onu təqlid etdilər və ardınca gəldilər. “BACRIM” həm də transmilli kriminal fəaliyyət və narkotik alverçilərinə geniş çeşidli xidmətlər göstərən cinayət strukturları kimi tanınır. “BACRIM” iyerarxik və inteqrasiya olunmuş təşkilatdan çox özündə kriminal qrupları birləşdirən şəbəkədir. Bu cinayətkar qruplardan biri özünü “Urabeños” adlandırıb və narkotik ticarəti ilə məşğul olub, ölkə daxilində narkotik istehsalı zonalarına nəzarət edib. “Urabeños” yerli kriminal qrupları yarı-muxtar klan üzvləri qismində öz şəbəkəsinə cəlb etdi və yeni mütəşəkkil cinayətkarlıq modelini hazırladı. Qrup ərazilərə nəzarət edir və kokain bazası bazarını idarə edir, beynəlxalq insan alveri dəhlizləri boyunca qaçaqmal yükləri “təyinat nöqtəsinə çatdırır”, narkotik emalı laboratoriyalarına giriş-çıxışı və mühafizəni təmin edir.

Mexican drug cartels force new members into cannibalism and film them ...

İkincisi, “Los Pelusos” 1967-ci ildə Kolumbiya Kommunist Partiyasının qolu kimi yaradılmış və kənd yerlərində sosialist inqilabını təşviq etmək məqsədi daşıyan EPL-dən qopmuş qrupudur. Görkəmli liderləri hərbi əməliyyatlarda öldürüldükdən sonra rəğbət qazana bilmədi və sıralarına yeni üzvlər qata bilmədi. Qrup 1991-ci ildə Kolumbiya hökuməti ilə sülh danışıqlarına yenidən qoşuldu və üzvlərinin çoxu tərk-silah olundu. EPL (Populyar Azadlıq Ordusu) 2016-cı ildə Los Pelusos adından istifadə etməyə başladı. O, əsasən Venesuela ilə sərhəddəki Katatumbo bölgəsində aktivdir. Kolumbiya hökuməti qrupu Venesuela və Meksika narkotik kartellərinə bağlı şəbəkələşmiş A kateqoriyalı mütəşəkkil silahlı qrup elan edib. “FARC”ın tərxis olunmasından sonra “Los Pelusos” keçmiş “FARC” üzvlərini qrupa qatmaq üçün cəhd etdi.

Üçüncüsü, “ELN” narkotik ticarəti ilə məşğul olan digər qrupdur. ELN - Milli Azadlıq Ordusu (Ejército de Liberación Nacional) deməkdir. Bu, hələ də ölkədə fəaliyyət göstərən güclü üsyançı qrupdur. Qrup əsasən kəndlilərdən ibarət “FARC”dan fərqli olaraq kənd yerlərindən daha çox şəhərlərdəki tələbə və gənc fəalları əhatə edirdi. Qrup narkotik ticarəti ilə əlaqəli ərazilərə nəzarət etməyə çalışır. ELN-nin taktikası silahlı hücumlar, sui-qəsdlər, qəsb və girov götürmədir və onlar hökuməti, hərbi qüvvələri, mühüm infrastrukturu və mülki insanları hədəf alır.

Stopnarkotik.az