Laçında yük maşını aşdı: ÖLƏN VAR

Laçında yük maşını aşıb, sürücü ölüb.

Stopnarkotik.az xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonunun Pircahan kəndi ərazisində baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Aslan Nağızadənin idarə etdiyi “Howo” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.