Laçının Zabux kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.
Stopnarkotik.az xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkar olunan ümumi çəkisi 1 tondan artıq olan 7046 ədəd çətənə kolu yandırılaraq məhv edilib.