Əl qumbarasını onların üstünə atıb - Zaqataladakı partlayışın TƏFƏRRÜATLARI

Sentyabrın 30-da Zaqatala rayonunun Yengiyan kəndində baş vermiş partlayış nəticəsində 1 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Stopnarkotik.az  xəbər verir ki, araşdırmalarla 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun qeyd edilən tarixdə Məqsəd Rzayev və İlqar Cumayevlə aralarında yaranmış mübahisə zamanı üzərindəki əl qumbarasını atması nəticəsində baş verən partlayışla əlaqədar aldığı xəsarətlərdən ölməsi, Məqsəd Rzayevin isə növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, (qəsdən adam öldürmə) 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı və partlayıcı maddələri saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, Həmin Gülməmmədov Vətən müharibəsi iştirakçısıdır.