Rusiyanın Sverdlovsk vilayətində məhkəmədən qaçaraq 10 ildir federal axtarışda olan yerli sakin Azərbaycanda saxlanılıb.
Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, Astara rayonunda 59 yaşlı kişi Azərbaycanın cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, əvvəllər Yekaterinburqda yaşayıb. 2014-cü ildə həmin şəhərdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci (Kütləvi iğtişaşlar) maddəsi ilə ittiham olunsa da, məhkəmədən gizlənib.
Hələlik təqsirləndirilən şəxs Azərbaycanda ev dustaqlığına buraxılıb.
Hazırda onun ekstradisiyası məsələsi həll edilir.