Kurskda Ukrayna hərbçiləri ruslara təslim oldu

Ukrayna Ordusunun 22-ci Mexaniki Briqadasının 24 nəfərdən ibarət bölüyünün şəxsi heyəti səhər saatlarında Rusiya tərəfinə təslim olub.

Stopnarkotik.az-ın RİA “Novosti”yə istinadən məlumatına görə, proses Kursk vilayətinin Komarovka rayonu ərazisində reallaşıb.

Onlar silahlarını yerə ataraq rusiyalı hərbçilərin mövqelərinə yaxınlaşıb, təslim olduqlarını elan ediblər.