Kurskda daha bir qrup rus hərbçi əsir götürüldü – FOTO

Ukraynanın Kurskdakı hərbi əməliyyatı davam edir.

Sropnarkotik.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, döyüşlərdə iştirak edən Ukrayna ordusunun 22-ci briqadasının döyüşçüləri bir qrup rusiyalı hərbçinin əsir götürüldüyünə dair fotolar paylaşıb.

Məlumatda deyilir ki, əsir düşənlərin sayı 20 nəfərə yaxındır və onların arasında Çeçenistandan olan döyüşçülər – “kadırovçular” da var.