Kürdəmirdə qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Qarasu kəndi ərazisindən keçən su kanalından elektrik cərəyanından istifadə edərək balıq ovlayan kənd sakinləri Rəşid Şükürov, Eldar və Elmir Rəhimovlar saxlanılıblar.
Həmin şəxslərdən ov zamanı istifadə etdikləri elektrik cihazları, eləcə də ovladıqları müxtəlif növ balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bundan əlavə, eyni kənd ərazisində keçirilən digər bir tədbir zamanı qanunsuz olaraq dovşan ovlayan daha üç nəfər müəyyən edilib.
Onlardan isə iki ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri və 18 ədəd ovlanmış çöl dovşanı aşkarlanıb.
Hər iki faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.