KÜRDƏMİRDƏ DƏHŞƏTLİ QƏTL: anasının başını kəsdi, iki həmkəndlisini isə... - YENİLƏNİB

Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.

***13:28

Kürdəmirdə qətl hadisəsi törədilib.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini Əliyev İlham İsa oğlu əvvəlcə anası Əliyeva Nəsibə Soltanəli qızının başını kəsib, sonra isə qonşusu Şükürov Famil Oqtay oğlunu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb.

Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.