Kürdəmirdə 45 yaşlı qadın zəhərlənib

Kürdəmirdə 45 yaşlı qadın kimyəvi maddə içərək zəhərlənib.

Bizim.media xəbər verir ki, hadisə rayonun Yeni Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü Telnurə Şıxməmməd qızı Həmidova səhvən su əvəzinə kimyəvi maddə içib. 

Yaxınları T.Həmidovanı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər ona ilkin tibbi yardım göstəriblər.