Kür çayının Azərbaycana daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.
Xidmət ilkin araşdırmalara başlayıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.