Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Hunanlar kəndi ərazisində içərisində 4 nəfər olan avtomobil Kür çayına düşüb.
Məlumata görə, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.
Hər üç şəxs suda boğularaq ölüb. Onların tapılması istiqamətində iş aparılır.
Modern.az suda boğulan şəxslərlə bağlı bir sıra məlumatlar əldə edib.
Məlumata görə, Elxan Sadıqov montajçı, Vüqar Cəfərov fəhlə işləyirmiş.
Tural Quliyev isə Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) olub. Onun evli və 3 uşaq atası olduğu bildirilir.
Məlumata görə, hadisə dünən axşam saat 20-21 radələrində baş verib. Avtomobildə olan şəxslərin balıq tutmaq məqsədilə əraziyə getdikləri, bu zaman avtomobilin çaya düşdüyü ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma aparılır.