Samuxda Kürdə balıq tutmaq istəyən zaman batan şəxslərin kimliyi məlum olub.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, batanlar Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü M. İsmayılov və Samux rayon sakini 2003-cü il təvəllüdlü İ. Şubliyevdir.
Hazırda həmin şəxslərin axtarışı davam etdirilir.
*** 21:09
Samux rayon ərazisində iki nəfər Kür çayında batıb.
Hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Samux və Şəmkir rayon sakinləri olan 2 nəfər Kürdə balıq tutmaq istəyən zaman batıblar.
Onların meytlərinin tapılması üçün axtarışlar davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.