Kür çayının Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfər batıb.
Bu barədə Stopnarkotik.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.