Ermənistan hüquq-mühafizə orqanları İrandan Ermənistana külli miqdarda narkotik partiyasının keçirilməsi faktını aşkarlayaraq onun qarşısını alıb.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd olunur ki, saat 04:30-da Mehri-İrəvan yolunda Milli Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları “Opel Astra” və “Mercedes Benz S430” markalı avtomobilləri saxlayıblar.
Birinci avtomobilin sürücüsü saxlamadan qaçmaq istəyərkən DİN-in xidməti avtomobilinə çırpılıb, nəticədə bir polis xəsarət alıb və o, xəstəxanaya çatdırılıb.
“Opel Astra” markalı avtomobilin salonundan 22,3 kq marixuana, 238 qram metamfetamin, 1 kq-a yaxın həşiş, 0,7 qram BS həbləri aşkar edilərək götürülüb.