Əkrəm İmamoğlu ilə birlikdə daha 48 şübhəli şəxs də həbsxanaya göndərilib.
Stopnarkotik.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə ədliyyə naziri Yılmaz Tunç son hadisələri şərh edərək, istintaq işinin davam etdiyini bildirib.
O, məhkəmə prosesini “siyasi istintaq” olaraq adlandırmanın yanlış olduğunu da vurğulayıb.
***16:12
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu “korrupsiya” ittihamı üzrə məhkəmənin verdiyi həbs qərarı əsasında həbsxanaya göndərilib.
Stopnarkotik.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
***09:54
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan korrupsiya araşdırması çərçivəsində 89 şübhəli haqqında həbs tələbi irəli sürülüb.
“Milliyet” qəzeti xəbər verir ki, 5 şübhəli - cinayətkar təşkilat qurmaq və idarə etmək, rüşvət almaq, mənimsəmə, şəxsi məlumatları qanunsuz əldə etmək və tender saxtakarlığında, 84 şübhəli - cinayətkar təşkilata üzv olmaq, rüşvət almaq və rüşvət verməkdə ittiham olunur.
İstanbul Baş Prokurorluğu tərəfindən İBB sədri Əkrəm İmamoğlu və 99 şübhəli haqqında cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, mənimsəmə, rüşvət, dələduzluq, şəxsi məlumatları qanunsuz əldə etmək və tender saxtakarlığı ittihamları ilə araşdırma başladılıb. Bundan əlavə, İmamoğlu, İBB Baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə sədri Resul Emrah Şahan da daxil olmaqla 7 şübhəli haqqında PKK/KCK terror təşkilatına yardım etmək ittihamı ilə də araşdırma aparılır.
Polisdəki əməliyyatlarının ardından Çağlayandakı İstanbul Məhkəməsinə göndərilən şübhəlilərin ifadələrinin alınması tamamlanıb. Korrupsiya araşdırması ilə bağlı 5 şübhəli "cinayətkar təşkilat qurmaq və idarə etmək", "tender saxtakarlığı", "rüşvət almaq", "mənimsəmə" və "şəxsi məlumatları qanunsuz əldə etmək" ittihamları ilə növbətçi məhkəməyə göndərilib. Prokurorluq, 84 şübhəli haqqında isə "cinayətkar təşkilata üzv olmaq", "rüşvət almaq" və "rüşvət vermək" ittihamları ilə həbs tələbi irəli sürüb.
*** 04:32
İstanbul Böyülşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin prokurorlar qarşısında ifadələri başa çatıb.
İstanbul Baş Prokurorluğu ifadələrin alınmasından sonra həbs etmə tələbi ilə Ə. İmamoğlunu məhkəməyə göndərib.
Qeyd edək ki, Ə. İmamoğlu və ittiham edilən digər 90 şəxsin işinə 12 hakim baxacaq. Onların ifadələrində isə 34 prokuror iştirak edib.
*** 22:44
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin iki istintaq üzrə prokurorlar qarşısında ifadə vermə prosesi başlayıb.
Stopnarkotik.az xəbər verir ki, məhkəmə qarşısında Ə. İmamoğluna qarşı iddialara etiraz etmək üçün minlərlə insan yığışıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu Ə. İmamoğlu və digər 90 şübhəliyə qarşı “PKK terror təşkilatı ilə əməkdaşlıq”, “korrupsiya”, “rüşvət alma və vermə”, o cümlədən digər ittihamlar irəli sürüb.
*** 21:54
İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər 91 şübhəli dindirilmək üçün Çağlayandakı Ədliyyə Sarayına gətirilib.
Stopnarkotik.az Türkiyə mediasına istinadən xəbər verir ki, prosedura uyğun olaraq, həmin şəxslər prokurora ifadə verməlidirlər. O, öz növbəsində iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.
Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.
*** 21:33
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin gətirildiyi məhkəmə binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Stopnarkotik.az xəbər verir ki, iki istintaq üzrə 30 prokurorun iştiraki ilə başlayan ifadə prosesinin səhər saatlarına qədər davam edəcəyi gözlənilir.
*** 19:58
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun polisdə ifadəsi bitəndən sonra məhkəməyə aparılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Onunla birlikdə ittiham olunan 89 nəfər də məhkəmə qarşısına çıxarılacaq.