Avropa Şurası 2024-cü il üzrə İllik Cinayət Statistikasını açıqlayıb. Hesabata görə, həbsxanaların həddindən artıq sıxlığı Avropa həbsxana administrasiyalarının üçdə biri üçün ciddi problem olaraq qalır.
Stopnarkotik.az xəbər verir ki, bütövlükdə Avropada cəzaçəkmə müəssisəsində hər 100 yerə düşən məhbusların sayı ölkələr arasında mühüm fərqlərlə 31 yanvar 2023-cü il və 31 yanvar 2024-cü il tarixləri arasında 93,5-dən 94,9-a artıb. Əhalisi 500,000-dən çox olan ölkələrdə, on beş həbsxana rəhbərliyi məhbusların yerlərdən çox olduğunu bildirib. Altı həbsxana administrasiyası həddindən artıq sıxlığın olduğunu bildirib. Mənzərə belədir: Sloveniya (100 yerə 134 məhbus), Kipr ( 100 yerə 132 məhbus), Fransa (100 yerə 124 məhbus), İtaliya (100 yerə 118 məhbus), Rumıniya (100 yerə 116 məhbus) və Belçika (100 yerə 113 məhbus).
Daha səkkiz həbsxana rəhbərliyi sıxlığın orta həddən artıq olduğunu bildirib. Mənzərə belədir - Xorvatiya (100 yerə 110 məhbus), İrlandiya (100 yerə 105 məhbus), İsveç (100 yerə 105 məhbus), Macarıstan (100 yerə 104 məhbus), Azərbaycan (100 yerə 103 məhbus), Finlandiya (100 yerə 103 məhbus), Türkiyə (100 yerə 102 məhbus) və Şimali Makedoniya (100 yerə 101 məhbus). Bundan əlavə, Şotlandiyada (100 yerə 100 məhbus), İngiltərə və Uelsdə (100 yerə 98 məhbus) (Birləşmiş Krallıq) və Serbiyada (100 yerə 98 məhbus) olmaqla həbsxana rəhbərlikləri bildirib ki, az həddə sıxlıq yaşanıb, amma azacıq dalğalanmalar həddindən artıq sıxlığa səbəb ola bilərdi.
31 yanvar 2024-cü il tarixinə Avropa Şurasının 51 üzv dövlətində həbsxanalarda 1.021.431 məhbus olub ki, bu da qitə üzrə hər 100.000 əhaliyə orta hesabla 105 həbs nisbətini doğrulayır. Həm 2023, həm də 2024-cü illərə dair məlumatları təqdim edən əhalisi bir milyondan çox olan ölkələrin həbsxana məlumatlarını nəzərə alsaq, Avropada məhbusların orta nisbət sayı bir qədər azalıb: 100.000 əhaliyə düşən həbslər 116,2-dən 115,1-ə qədər (-0,9%) azalıb. On üç həbsxana administrasiyasının rəqəmlərinə görə, 2023-cü ilin yanvarından 2024-cü ilin yanvarına qədər əhalisi 500.000-dən çox olan ölkələr məhbus sayında əhəmiyyətli artım yaşayıb. Sözügedən ölkələrin mənzərəsi bu şəkildədir:
Sloveniya (+25,4%), İsveç (+15,5%), Malta (+11,1%), Serbiya (+9,4%), Xorvatiya (+9,4%), Xorvatiya (+8%), Azərbaycan (+83). Albaniya (+7,5%), Böyük Britaniya (Şimali İrlandiya) (+6,9%), Belçika (+6,8%), Böyük Britaniya (Şotlandiya) (+6,7%), Böyük Britaniya (İngiltərə və Uels) (+6,4%) və İrlandiya (+5,4%). Bolqarıstanda (-14,5%), Lüksemburqda (-14,5%), Türkiyədə (-12,9%), Estoniyada (-12%), Litvada (-9,4%) və Macarıstanda (-7,3%) həbs statsitikası yalnız əhəmiyyətli dərəcədə azalıb, 24 həbsxanada isə sabit qalıb.
Həbs nisbətlərinin ən yüksək olduğu ölkələr bunlardır: Türkiyədə hər 100.000 nəfərə 356 məhbus; Azərbaycanda hər 100.000 nəfərə 264 məhbus; Gürcüstan (261), Moldova Respublikası (235), Polşa (202), Macarıstan (195), Albaniya (192), Çexiya (180), Slovakiya (179), Serbiya (177), Latviya (171) Monteneqro (164). Həbs nisbətlərinin yüksək olduğu digər ölkələrə Litva (158), Böyük Britaniya (İngiltərə və Uels) (145) və Şimali Makedoniya (143) da daxildir.
"Cəzaçəkmə müəssisələrində sıxlıq məhbusların saxlanma şəraitini ciddi şəkildə pisləşdirir və həbsxana administrasiyalarının reabilitasiya səylərinə mənfi təsir göstərir. Həbsxanaların cəza müddəti ilə bağlı məlumatlar göstərir ki, daha qısa cəzalar daha az məhbuslarla bağlıdır. Bu nümunədə istisnalar olsa da, bu nüans göstərir ki, cəza müddəti həbsxanalardakı sıxlığının idarə edilməsi üçün vacibdir. Xüsusilə qeyri-zorakılıq olan və az təhlükəli cinayətkarlar üçün həbs cəzalarının azaldılması həbsxanada sıxlığın azaldılması üçün güclü vasitə ola bilər”, deyə Lozanna Universitetinin SPACE tədqiqat qrupunun rəhbəri professor Marselo Ebi bildirib.
Stopnarkotik.az