Rusiyanın bir nömrəli kriminaliteti hesab edilən "qanuni oğru" Zaxari Kalaşov (Şakro Molodoy) azadlığa çıxır.
Stopnarkotikaz qaynarinfo-ya istinadən xəbər verir ki, artıq "Şakro Molodoy"un azadlığa buraxılması üçün prosedurlar bitib. O həkim komissiyasından keçib və belə qərara gəlinib ki, mart ayında 71 yaşı olacaq "qanuni oğru" artıq həbsdə qala bilməz. Buna onun səhhəti də imkan vermir.
Lakin Rusiya KİV-i yazır ki, "Şakro Molodoy"un azadlığa çıxması məsələsi yüksək səviyyədə müzakirə olunub və onun həbsdən buraxılması qərara alınıb.
İddialara görə, Zaxari Kalaşov 71 yaşını tamamladıqdan qısa müddət sonra azadlığa çıxacaq. Bəzi məlumatlarda onun aprel ayında, bəzi xəbərlərdə isə may, yaxud iyun ayında azadlığa buraxılacağı bildirilir.
"Şakro Molodoy" 2013-сü ildə qətlə yetirilən "qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) varisi sayılır. "Ded Xasan"dan sonra Rusiyanın bir nömrəli "qanuni oğru”su məhz Zaxari Kalaşov qəbul edilib.
Ded Xasan
Zaxari Kalaşov "Ded Xasan"ın klanı tərəfindən lider kimi qəbul edilməsi həm onun yezid əsilli olması və beləliklə, Aslan Usoyanla eyni etnik mənsubiyyəti bölüşməsi, həm də digər klanlarla, xüsusilə Canqveladze-Oniani qruplaşması ilə konfliktinin olması ilə izah edilir.
Merab Canqveladze
Məsələ burasındadır ki, "Ded Xasan"ın da bu qruplaşma ilə münasibəti yaxşı deyildi. Bu baxımdan, onun qətlinə gör Canqveladze-Oniani qruplaşmasının üzərində də şübhə var.
Tariel Oniani
İddialara görə, "Şakro Molodoy" azadlığa buraxıldıqdan sonra ilk işi Quram Çıxladzeni (Kvejoviç) əsas adamına çevirməkdir. Quram Çıxladze gürcü əsilli nüfuzlu "qanuni oğru” Avtandil Çixladzenin (Avto, Kvejo) oğludur.
Quram Çixladze
Quram gənc yaşlarında "qanuni oğru” tituluna layiq görülüb. Atası Avtandil Çixladze 1994-cü ildə qətlə yetirilib. Onun ölümündən sonra Quram Çıxladzeni "Şakro Molodoy" himayə edib. Bu baxımdan, Zaxari Kalaşov onun xaç atası kimi tanınır.
Hazırda "Şakro Molodoy"un "oğru dünyası”ndankı mövqeyini "qanuni oğru” Badri Koquaşvili (Badri Kutaisi) ifadə edir. Belə aydın olur ki, Kalaşov azadlığa buraxıldıqdan sonra bu vəzifəni Quram Çixladzeni yerinə yetirəcək.
Badri Koquaşvili
Bu isə müəyyən mülahizələrə səbəb olub. Ehtimal olunur ki, Kalaşovun Quram Çixladzeyə xüsusi privilegiyalar verməsi onu varis kimi öz yerinə hazırlaması ilə bağlı ola bilər.
"Şakro Molodoy"un azadlığa çıxması ilə kriminal dünyanın yenidən çalxalana biləcəyi də ehtimallar sırasındadır.
Məsələ buraxındadır ki, Kalaşov həbsdə olduğu müddətdə kriminal dünyada ciddi qarşıdurma yaranıb. Kalaşovun liderlik etdiyi klan da bu qarşıdurmalardan yan keçə bilməyib. Yarımçıq qalmış hesbalaşmalar var ki, Zaxari Kalaşov azadlığa çıxdıqdan sonra bu məsələlərə yenidən qayıdıla biləcəyi güman edilir.