Krım körpüsü vuruldu: nəqliyyatın hərəkəti dayandı

Rusiya tərəfindən ilhaa edilən Kımın qondarma rəhbəri Sergey Aksyonov Ukrayna Silahlı Qüvvələrinə məxsus iki raketin Kerç boğazı ərazisində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Krım körpüsünə ziyan dəyməyib. Körpüdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Krımdakı qondarma qurumun nümayəndəsi Oleq Kryuçkov bildirib ki, xüsusi xidmət orqanları körpünün üzərinə tüstü pərdəsi qoyublar. Onun sözlərinə görə, yaxın vaxtlarda hərəkat bərpa olunacaq.

Rusiya hakimiyyətinə yaxın "Mash" kanalı yazır ki, körpü ərazisində hava hücumundan müdafiə sistemi ən azı dörd dəfə işləyib.