Rusiya Cənubi Qafqazdakı proseslərdə əsas oyunçu olaraq qalır və qalmaq niyyətindədir. Bu mövqe regionun bütün dövlətləri, o cümlədən Türkiyə dövləti tərəfindən tanınır.
Stopnarkotik.az xəbər verir ki, bunu Ankaradakı diplomatik missiyasının başa çatması ərəfəsində Türkiyə mətbuatının suallarını cavablandıran Rusiya səfiri Aleksey Erxov deyib.
ABŞ-ın regionda Rusiyanın təsirini məhdudlaşdırmaq cəhdləri ilə bağlı bəzi ekspertlərin tezislərini cavablandıran diplomat vurğulayıb:
"Hesab edirəm ki, vəziyyət əksinədir - mənim ölkəm bu regionda olub, var və olacaq. Yeri gəlmişkən, bunu burada yerləşən bütün dövlətlər, o cümlədən Türkiyə də tanıyır".
Səfir, həmçinin qeyd edib ki, Moskva və Ankara “3+3” regional məsləhətləşmə platformasını birgə təşviq edir ki, bu da iki ölkə arasında Cənubi Qafqazda sabitlik və inkişaf məsələlərində konstruktiv qarşılıqlı fəaliyyətdən xəbər verir.
Stopnarkotik.az