Türkiyədə cinayət törədən azərbaycanlı saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə Antalya şəhərinin Alanya qəsəbəsində baş verib. Burada azərbaycanlı 35 yaşlı B.İ. ilə köşk sahibi arasında münaqişə yaşanıb. Münaqişə zamanı B.İ. qarşı tərəfi bıçaqlayaraq qaçıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində B.İ. qaldığı oteldə saxlanılaraq, istintaqa cəlb olunub. O, məhkəmə qərarı ilə həbs olunaraq, cəzaçəkmə müəssisəsinə göndərilib./lent.az