Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında xəsarət alan və xəstəxanada vəfat edən yeddi yaşlı Fərid Bakarovla bağlı məsələyə münasibət bildirib.
Stopnarkotik.az xəbər verir ki, komitə sədri bu gün jurnalistlərə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum səlahiyyətləri çərçivəsində məsələ ilə məşğul olub:
"Məsələ nəzarətimizdədir. Hadisə ilə bağlı bəzi məqamlar var ki, biz fikir bildirə bilmərik. Bu, hal qəbuledilməz və ağılasığılmazdır".
O qeyd edib ki, uşaqlara xidmət göstərilən bütün sahələrdə nəzarət olmalıdır:
"Biz planlaşdırırıq ki, indiyə kimi hansı sahələrdə nəzarət olmayıbsa, müvafiq standartları təşkil edib, monitorinq aparaq. Hazırda bununla bağlı meyarlar üzərində çalışırıq".