Kolumbiya prezidentinin narkokartellərlə əlaqəsi var - AĞ EV

Ağ Evin Baş Qərargah Rəisinin müavini xəbərdarlıq edib ki, ABŞ Kolumbiyadakı narkoterrorizmi təcili diqqət tələb edən son dərəcə ciddi  məsələ hesab edir və ölkə prezidenti Qustavo Petronun narkokartellərlə əlaqəsinə eyham vurur:

"Kolumbiyada narkoticarətlə bağlı çox ciddi problem var. Prezident Tramp Kolumbiya lideri ilə bağlı fikirlərini çox açıq şəkildə bildirib və ABŞ hesab edir ki, Kolumbiyada baş verən narkoterror təcili diqqət tələb edən son dərəcə ciddi məsələdir.

Sonda əlavə etmək istərdim ki, ABŞ Əl-Qaidə və İŞİD-i təqib etmək üçün hərbi qüvvələrdən və resurslardan istifadə etdiyi kimi, bu yarımkürədəki narkokartellər də əraziyə nəzarət edir, öz hərbi qüvvələri var və bütün hökumətlərə hökm etmək üçün liderləri istədikləri şəkildə öldürməklə siyasi nəticələrə təsir edirlər.

Cənub sərhədimizin Meksika tərəfdən bütün ərazisi bu narkokartellərin nəzarəti altındadır. Orada nə baş verirsə narkokartellər tərəfindən edilir və idarə olunur. Milli təhlükəsizlik üçün bu narkokartelləri dağıtmaqdan daha vacib məsələ yoxdur. Təşəkkür edirəm!".

Stopnarkotik.az