Kolumbiya "narkotik gəmisi"nə hücumu pislədi

Kolumbiya prezidenti Qustavo Petro Amerikanın “narkotik gəmisi”nə hücumunu pisləyib və bunu qətl adlandırıb.

Məlum olduğu kimi, bu gün ABŞ-ın hərbçiləri cənubi Karib dənizində sürətlə hərəkət edən kateri məhv ediblər. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, katerdə narkotik daşıyan “Tren-de-Aragua” qruplaşmasının 11 üzvü olub. Onlar böyük partiya narkotiki ABŞ-yə gətirmək niyyətindəymiş. 

Stopnarkotik.az