Kokaini bizə satan hər kəs hücumumuza məruz qalacaq - Tramp

Ağ Evdə keçirilən kabinet iclasından sonra Tramp Venesuela ilə yanaşı Kolumbiyanın da adını hallandıraraq ABŞ ordusunun "çox tezliklə" narkokartellərə qarşı quru əməliyyatlarına bildirib.

"Eşitmişəm ki, Kolumbiya kokain istehsal edir. Onların kokain fabrikləri var. Sonra kokainlərini bizə satırlar. Bunu edən və ölkəmizə satan hər kəs hücuma məruz qalar", deyə Tramp vurğulayıb.

Kolumbiya prezidentinin də Trampın açıqlamasına reaksiyası sürətli olub. Qustavo Petro belə bir hücumun "müharibə elanı" olacağını xəbərdar edib və Trampı ölkəyə səfər etməyə və narkotik qaçaqmalçılığına qarşı mübarizəni görməyə "dəvət edib".

Stopnarkotik.az