Kokain istehsalı rekord vurdu- NARKOTİK KOKA KOLUNUN ƏKİN SAHƏSİ 230 000 HEKTARA ÇATDI

Kolumbiya kokain istehsalı üzrə yeni rekorda imza atıb. Belə ki, Kolumbiyada kokain istehsalı keçən il rekord həddə çatıb.

Stopnarkotik.az xəbər verir ki, peyk fotoşəkilləri narkotikin istehsalı üçün xammal olan koka kolu əkilmiş ərazinin həcminin 2022-ci ildə əvvəlki ilə nisbətən 13% artaraq 230.000 hektara (570.000 akr) çatdığını göstərir.
BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin bazar ertəsi dərc etdiyi hesabata görə, bu, həcm 1700 ton təmizlənmiş kokain istehsal etmək üçün kifayətdir ki, bu da indiyədək ən yüksək göstəricidir.
Koka bitkilərinin təxminən üçdə ikisi Ekvadorla həmsərhəd Narino və Putumayo ştatlarının cənub departamentlərində və Venesuela ilə sərhəddə Şimali Santanderdə əkilir.

Stopnarkotik.az