Kəlbəcərdə maşın aşdı - QADIN HƏRBÇİ ÖLDÜ / FOTO

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Nissan Pathfinder" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.

Hadisənin təfərrüatı araşdırılır.

Əldə etdiyimiz məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, "N" saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.