Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin meyitlərinin qalıqları Kəlbəcər rayonuna gətirilib.
Stopnarkotik.az "Report"a istinadən xəbər verir ki, Kəlbəcər şəhərində şəhidlərlə vida mərasimi keçirilib.
Y.Əzizov, M.Musayev və Q.Qarayev Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunublar.
Dəfn mərasimində şəhidlərin doğmaları, rayonun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Yusif İsmayıl oğlu Əzizov 1948-ci ildə, Mehman Camal oğlu Musayev 1964-cü ildə, Qafar Qəmbər oğlu Qarayev isə 1939-cu ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olublar.
Onlar 1993-cü il martın 27-də rayonun Çıraqlı kəndi istiqamətində itkin düşüblər.









