Gəncədə arvadını bıçaqlamaqda təqsirləndirilən Qadir Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Qadir Quliyev bir il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2023-cü ildə Gəncə şəhərində qeydə alınıb.
Belə ki, Qadir Quliyev olaydan qısa müddət əvvəl həyat yoldaşı Şahnaz Quliyeva (şərti) ilə ailə-məişət zəminində mübahisə edib və qadın ondan küsərək azyaşlı uşaqları ilə atası evinə gedib. Sonra təqsirləndirilən şəxs qayınatasıgilə gedən zaman 2010-cu il təvəllüdlü qızının küçədən həyətə girməsini görüb. Bunun səbəbini arvadından soruşub. Şahnaz isə ərinin qızını əxlaqsızlıqda ittiham edərək şər atdığını deyib. Sonra ərlə arvad arasında yenidən mübahisə yaranıb. Bu zaman Qadir evinin mətbəxindən bıçağı götürərək qadının yatdığı otağa keçib. O, çarpayının üzərində uzanan Şahnaza bir neçə bıçaq zərbəsi vuraraq qadına bədən xəsarətləri yetirib.
Hadisədən sonra Qadir Quliyev saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.