Kikboksçu qadının sevgilisi tərəfindən döyülməsi ilə bağlı araşdırma aparılır - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Stopnarkotik.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev oxu.az-a açıqlamasında T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparıldığını bildirib:

“Məsələ barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında sevgilisi tərəfindən ölümcül döyülməsi barədə paylaşım edib. 

O qeyd edib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.