Türkiyənin Yalova şəhərində yerləşən supermarketlərdən birində dəhşətli hadisə baş verib.
Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Rüstəmpaşa məhəlləsində yerləşən supermarketdə işləyən 44 yaşlı qadın 34 yaşlı keçmiş sevgilisi tərəfindən şiddətə məruz qalıb.
Məlumata görə, şübhəli qadını şillələyərək döyüb. Daha sonra hadisəyə müdaxilə edən vətəndaşa bıçaqla xəsarət yetirib.
Polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirlərindən sonra şübhəli məhkəmənin qərarı ilə şərti olaraq sərbəst buraxılıb.
Hadisə anları təhlükəsizlik kamerasına düşüb.