"1986-cı il təvəllüdlü L.Qanbayevanın müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir".
Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib
Bildirilib ki, bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.
Hazırda onun vəziyyəti orta ağırdır.
Qeyd edək ki, ötən gün Şirvan sakini, 1986-ci i təvəllüdlü Qanbayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.
Xatırladaq ki, L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.