Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində noyabrın 5-nə keçən gecə Novxanı kəndi ərazisində yerləşən bir yardımçı təsərrüfatdan 5 baş qoyun oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Laçın rayon sakini Bəhlul Allahverdiyev və Bakı şəhər sakini Etibar İsmayılov saxlanılıblar.
Stopnarkotik.az-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.