Rusiya Hakimlər Şurasının keçmiş rəhbəri Viktor Momotov özünün “Marton” otellər şəbəkəsində azyaşlılar da daxil olmaqla fahişəlik təşkil etməkdə ittiham olunur.
Stopnarkotik.az xəbər verir ki, Rusiya Baş Prokurorluğun nümayəndəsi müvafiq materialları məhkəməyə təqdim edib.
“Cinayət işlərinin başlanmasına dair qərarların, habelə Nijni Novqorod, Volqoqrad və Kalininqradda yerləşən “Marton” otellər şəbəkəsində fahişəliyin təşkili ilə bağlı hökmlərin təqdim edilməsini xahiş edirəm”, deyə prokuror iclasda bildirib.
Baş Prokurorluq Momotovun bazar dəyəri azı 9 milyard rubl olan aktivlərinə həbs qoyulmasını tələb edir. Bunlara, müstəntiqlərin fikrincə, onun tərəfdaşları Andrey və İvan Marçenkonun adına qeydiyyata alınan 95 əmlak daxildir. Bu aktivlərə 40 otelin daxil olduğu “Marton” otellər şəbəkəsi daxildir. Prokurorluğun məlumatına görə, bu mehmanxanalar qeyri-qanuni seksual xidmət göstərmək, otaqları və saunaları saatlarla icarəyə vermək üçün istifadə olunub. Momotov həmçinin təxminən 500 milyon rubl məbləğində vergidən yayınmaqda və biznesini süni şəkildə parçalamaqda ittiham olunur.
Stopnarkotik.az