Kazinoya atəş açan iki Türkiyə vətəndaşından kokain tapıldı

Batumidə qumarxana binasına atəş açan iki Türkiyə vətəndaşı saxlanılıb.
İstintaqın məlumatına görə, həmin şəxslər avtomobillə keçərkən qumarxanaya doğru bir neçə dəfə atəş açıb, nəticədə binanın qapıları və fasadı zədələnib. Atıcılar bir neçə gün sonra saxlanılıb və onların mənzillərində axtarış zamanı polis kokain tapıb.
İndi məhbusları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir. 

Stopnarkotik.az