Kanalda batan 14 yaşlı şagirdin meyiti tapıldı - YENİLƏNİB

Dünən Ağdaşda kanala düşərək boğulan yeniyetmənin meyiti tapılıb.

Stopnarkotik.az xəbər verir ki, suda boğulan 2010-cu il təvəllüdlü Vüqar Zakirlinin meyiti kanala düşdüyü ərazidən bir qədər aralıda aşkarlanıb.

Meyit FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***09:46

Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.

Hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.

2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.

Nəticədə yeniyetmə suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.