Kanadanın Baş naziri: "Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik"

Qərb ölkələri Ukraynada uzunmüddətli münaqişəyə hazırdır və nə qədər lazımdırsa, Kiyevi dəstəkləyəcək. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo bildirib. 

Kanadalı siyasətçinin sözlərinə görə, Qərb ölkələri başa düşürdülər ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı gecikdirilə bilər, lakin bu, Kiyevə dəstəyin davam etdirilməsi baxımından problem deyil: "Əlbəttə, G7 və NATO- da apardığımız danışıqlara görə , biz davam edəcək müharibəyə hazırıq, çünki biz Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik və etməməliyik".