Kamran Əliyevdən Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Hərbi Prokurorluqda yeni təyinat olub.

Stopnarkotik.az Trend-ə istinadən məlumat verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Hərbi prokurorun təqdimatı və Baş prokurorun müvafiq əmri ilə ədliyyə polkovnik-leytenantı Məmmədov Bəhruz Şükür oğlu Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar uğurla davam edir.