Kamal Kılıçdaroğlu qəzaya düşdü: Yaralılar var - VİDEO/FOTO

CHP sədri, Türkiyə prezidentliyinə keçmiş namizəd Kamal Kılıçdaroğlunun korteji qəzaya düşüb, onunla birlikdə 4 nəfər yaralanıb.

Stopnarkotik.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Ərzincan-Tunceli yol ayrıcında Türkiyə prezidentliyinə keçmiş namizədlərin karvanında 7 avtomobilin iştirakı ilə qəza baş verib.

Dörd yaralı arasında iki jurnalistin olduğu məlum olub. Ümumilikdə yeddi avtomobil toqquşub.

Türkiyəli siyasətçinin iştirakı ilə baş verən qəzanın təfərrüatları hazırda açıqlanmır.