Kaliforniya məhkəməsi azərbaycanlılara hücum edən erməniyə hökm oxudu

Kaliforniya Ali Məhkəməsi 2020-ci ilin iyulunda dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş Hovhannes Sukiasyana bu yaxınlarda hökm oxunub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O, məhkəmənin bu qərarını alqışladıqlarını vurğulayıb.

“Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və ona hücumunun qurbanının bütün xərclərini ödəmək tapşırılıb. Ümid edirik ki, dərs çıxarılıb”, - Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, bundan əvvəl, dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş digər erməni - Erik Hakopyana 2021-ci ilin iyununda hökm oxunub.