Çeçenistan lideri Ramzan Kadırov çeçen qüvvələrinin “Donetsk Xalq Respublikası”na yerləşdirilməsi ilə bağlı əmr aldığını bəyan edib.
Stopnarkotik.az xəbər verir ki, Kadırov bu barədə “Telegram” kanalında məlumat paylaşıb.
“Dostlar, çeçen bölmələri öz qüvvələrinin yerdəyişməsi ilə bağlı əmr alıb. Donetsk Xalq Respublikasının ərazisi məsuliyyət zonası olub. Əmrə əsasən, Çeçen bölmələrinin döyüşçüləri aktiv döyüş əməliyyatlarına başlamalı və bir neçə yaşayış məntəqəsini azad etməlidir”, - Kadırov qeyd edib.
Ramzan Kadırov Zaporoje ilə Xerson rayonları arasında təmas xəttinin alternativ seksiyasına yerləşdirilmiş "Axmat" bataliyonunun digər bölmələrinin də hücuma keçməsi üçün oxşar əmrlər aldığını bildirib.