İtən balıqçıların yerinə 4 ton kokain yüklü "narko-sualtıqayığı" ələ keçdi

İtkin düşən balıqçıları axtaran məmurlar onların əvəzinə 4 ton kokain yüklənmiş "narko-sualtıqayıq" tapıblar

Stopnarkotik.az xəbər verir ki, hadisə Kolumbiyanın Sakit okean sahillərində baş verib. Belə ki, okeanda itkin düşən iki balıqçı üçün axtarış-xilasetmə missiyası yerinə yetirən səlahiyyətlilər bunun əvəzinə dörd tondan çox kokain yüklənmiş sualtı qayıq tapıblar. Ekvador donanmaları ilə Kolumbiya Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı zamanı "narko sub" adlandırılan sualtı gəminin ələ keçirildiyi bildirilib.

Kolumbiya Hərbi Dəniz Qüvvələri ilə dənizçilər 50 fut uzunluğundakı sualtı gəmiyə minərək "müxtəlif ölçülü və formalı" 205 bağlama aşkar ediblər. Rəsmilərin dediyinə görə, bağlamalar kimyəvi analiz edildikdən onların kokain olduu təsdiqlənib. 

Sualtı gəmidə olan 4 nəfər həbs edilib.

“Bu müsadirə ilə 137 milyon dollardan çox vəsaitin narkotik ticarəti təşkilatlarına daxil olmasının, eləcə də 10 milyondan çox dozanın küçələrdə satışının qarşısı alınıb”, deyə donanmanın bəyanatında açıqlanır.

Stopnarkotik.az