İtkin düşmüş kimi axtarışda olan daha 13 nəfər tapıldı - RƏSMİ AÇIQLAMA

Azərbaycanda ötən gün itkin düşmüş kimi axtarışda olan 13 nəfər tapılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

İyunun 21-də və 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.