Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlük protokolunu qəbul edib.
Stopnarkotik.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir
Məlumata görə, İsveçin NATO-ya daxil olma protokolu səs çoxluğu ilə qəbul edilib.
Bildirilib ki, proses tam başa çatmayıb, son sözü TBMM-in Baş Assambleyası deyəcək.
Qeyd edək ki, Finlandiya və İsveç ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət ediblər. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyə təsdiq etmədiyinə görə İsveçin müraciəti hələ də müsbət nəticələnməyib.