İsveçdə məktəbdə qətliam - 10 nəfər öldü, 15 nəfər yaralandı - VİDEO

İsveçin Örebro şəhərində məktəbdə (böyüklər üçün) baş verən atışma nəticəsində azı 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Stopnarkotik.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə yerli SVT qəzeti məlumat yayıb.

İsveçin baş naziri Örebroda məktəbdə baş verən atışmanı ölkə tarixindəki ən dəhşətli kütləvi atışma adlandırıb.

Hadisəni törədənin 35 yaşlı kişi olduğu bildirilir. Onun təkbaşına hərəkət etdiyi güman edilir. Mətbuat onun atışma zamanı öldürüldüyünü yazır.