İstehlaka yararsız 10 tondan çox qida məhsulu məhv edildi

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş 10,2 ton qida məhsullarını məhv edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə  AQTA-dan məlumat verilib.

Bildirilib ki, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 10,2 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.