İstanbulda PKK/KCK silahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.
Araşdırmalar çərçivəsində terror təşkilatında fəaliyyət göstərən və təşkilat üçün insan alveri ilə məşğul olan 7 şübhəli müəyyən edilib.
İstanbul Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı 5 nəfər saxlanılıb.
Basqın edilən evlərdə aparılan axtarışlarda şübhəlilərə aid rəqəmsal materiallar müsadirə edilib.
Mənbə: Haber Global